Macarıstanın Baş naziri Viktor Orban Ağ Evə gəlib.
"Unikal" xəbər verir ki, Orbanın ABŞ Prezidenti Donald Trampla danışıqların tezliklə başlayacağı gözlənilir.
"Bloomberg" agentliyi Orbanın Trampa beş il ərzində 600 milyon dollarlıq Amerika mayeləşdirilmiş təbii qazının (LNG) alınmasını nəzərdə tutan bir razılaşma təklif edəcəyini bildirib. LNG razılaşmasından əlavə, paketə Westinghouse Electric Co. ilə hazırda Rusiya tərəfindən təchiz edilən nüvə yanacağının alınması üçün 100 milyon dollarlıq müqavilə də daxildir.
Macarıstanın xarici işlər naziri Peter Siyyartoya görə, Orban və Tramp Ukraynadakı vəziyyəti də müzakirə edəcəklər.
