ABŞ-nin Nümayəndələr Palatasının sabiq spikeri Nensi Pelosi ABŞ Konqresindəki siyasi karyerasına son qoyub.

"Unikal" xəbər verir ki, 85 yaşlı Pelosi 2026-cı ildə yenidən seçilmək üçün namizədliyini irəli sürməyəcək. Pelosi 2000-ci ildən 2022-ci ilə qədər 20 il ərzində Nümayəndələr Palatasında Demokratları təmsil edib.

2022-ci ilin avqust ayında ABŞ Nümayəndələr Palatasının spikeri kimi Nensi Pelosi Tayvana səfər edərək, 25 ildə adaya səfər edən ən yüksək vəzifəli Amerika siyasətçisi olub. Bu səfər ABŞ və Çin arasında münasibətlərin kəskin şəkildə pisləşməsinə səbəb olmuşdu.