Rusiyanın Xabarovsk şəhərində sərnişin avtobusu qatarla toqquşub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, sərnişin avtobusu işıqforun qırmızı işığında keçərək qatarla toqquşub.

"Nəticədə avtobus aşıb, 7 nəfər və sürücü xəsarət alıb. Sərnişinlər xəstəxanaya yerləşdiriliblər. Sürücü isə əzilmiş avtobusda sıxılmış vəziyyətdə qalıb, xilasedicilər onu oradan çıxarmağa çalışır", - KİV qeyd edib.