Cənubi Qafqazda vəziyyət yaxşılaşır.
"Unikal" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Moskvada MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şurası katiblərinin 13-cü iclasında çıxışı zamanı deyib.
Şoyqu qeyd edib ki, 3+3 platforması üzrə məsləhətçi və regional qrupun işinin bərpası sülh prosesinin irəliləməsi üçün vacibdir: "Eyni zamanda, biz hesab edirik ki, sülh prosesi ilk növbədə regional ölçülərə malik olmalıdır. Bu kontekstdə 3+3 platformasının məşvərətçi-regional qrupunun işini bərpa etmək vacibdir".
Şoyqu üçtərəfli işçi qrupu çərçivəsində razılığın əldə olunduğu regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasının vacibliyini vurğulayıb.
Ağarza Elçinoğlu
