Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın türklər və ermənilər arasındakı tarixi gərginliyi SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) fəaliyyəti ilə əlaqələndirməsi ilə bağlı şərhlərinə cavab verib.
"Unikal" xəbər verir ki, Zaxarova KQB-nin 1954-cü ildə, Osmanlı İmperiyasında baş verdiyi iddia oluna "erməni soyqırımı"ndan təxminən 40 il sonra yaradıldığını deyib və Paşinyanın ittihamlarını əsassız adlandırıb.
Qeyd edək ki, Nikol Paşinyan bildirib ki, ermənilərin Türkiyə və Azərbaycan haqqında kök salmış təsəvvürləri sovet təbliğatı tərəfindən formalaşdırılıb.
"Biz "Türklər heç vaxt dəyişmir" deyəndə Türkiyədə də eyni şeyi ermənilər haqqında deyirlər. Biz "Azərbaycana necə etibar edə bilərik?" deyəndə də eyni şeyi ermənilər haqqında deyirlər. Biz "Tarixdən heç nə öyrənməmişik" deyəndə də "Ermənilərlə sülh istəyirsinizsə, tarixdən heç nə öyrənməmisiniz" deyirlər", - deyə Paşinyan qeyd edib.
Baş nazirin sözlərinə görə, Ermənistan cəmiyyəti "KQB agentləri tərəfindən bizim üçün formalaşdırılan dünyagörüşündən azad olmalıdır".
