Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili milyarder və hakim “Gürcü arzusu” partiyasının qurucusu Bidzina İvanişvili barədə danışıb. 

"Unikal" xəbər verir ki, bu barədə o, özünün "Facebook" sosial şəbəkə hesabında yazıb. 

 "2011-2012-ci illərdə İvanişvilinin yaratdığı təhlükəni başa düşəndə ​​daha qətiyyətli hərəkət etmədiyim üçün məni daim tənqid edirlər. Əslində, seçki kampaniyası zamanı insanlara İvanişvili seçiləcəyi təqdirdə onları nə gözlədiyini izah etmək üçün hər şeyi etdim", - deyə o qeyd edib. 

Saakaşvili deyib ki, o və İvanişvili arasında köklü fərq var. Hazırda vətənində həbsdə olan sabiq prezident müxtəlif üsullardan istifadənin onu İvanişviliyə bənzədəcəyini və bunun diktatura qurmağa bərabər olduğunu vurğulayıb: "Onun insanlara qarşı empatiyası sıfırdır və mən insanları sevirəm. Ona görə də mən bu təhlükəli, bədxah adamın etdiyi kimi davrana bilməzdim". 

Ağarza Elçinoğlu