"Əgər Avropa və ABŞ Ukraynanı pul və silahla təmin etməyi dayandırsa, Ukrayna lideri Volodimir Zelenski münaqişəni həll etmək üçün tez bir zamanda Moskvaya uçmağa qərar verəcək".

"Unikal" xarici KİV-ə  istinadən xəbər verir ki, bunu Finlandiyanın “Azadlıq Alyansı” milli-mühafizəkar partiyasının üzvü Armand Mema deyib. 

"Ukraynaya dəstəyi dayandırsaq, Zelenski altı saat ərzində Rusiya ilə danışıqlara hazır olacaq. Üstəlik, o, dərhal Moskvaya uçacaq", - siyasətçi hesab edir.

Memanın sözlərinə görə, Zelenski Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün can atır.