12.10.2025-ci il tarixində saat 17:40 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 

TƏBİB-dən "Unikal"a verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin səthi travması diaqnozu təyin edilib.

Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

*** 19:28

Goranboyda yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Qızılhaclı qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan minik maşını 2011-ci il təvəllüdlü N.Həsənovanı və 2013-cü il təvəllüdlü F.Qasımovanı vurub.Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.