10.10.2025-ci il tarixində saat 23:20 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (1-i qadın, 2-si kişi olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
"2015-ci il təvəllüdlü azyaşlı (qadın) zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Digər 2 nəfərin müalicəsi isə tibb müəssisəsinin cərrahiyyə və terapiya şöbələrində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir", - deyə məlumatda vurğulanıb.
***09:22
Goranboyda yol qəzası baş verib.
"Unikal"ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub.
Qəza zaman 1981-ci il təvəllüdlü P.Quluzadə, 2015-ci il təvəllüdlü M.Quluzadə və 1987-ci il təvəllüdlü A.Musayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
