09.10.2025-ci il tarixində saat 16:30 radələrində 1989-cu il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.

TƏBİB-dən "Unikal"a verilən məlumata görə, bədənin II-III dərəcəli yanığı diaqnozları təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. 

Vəziyyəti ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.

*** 16:47

Gəncədə partlayış baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin "Pasyolka" adlanan ərazisində qeydə alınıb. Belə ki, sözügedən ərazidə yerləşən 5 mərtəbəli yaşayış binasında anidən partlayış olub. Nəticədə bir nəfər ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Əraziyə FHN əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Tural Əhmədov