Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dron hücumu edilib.

"Unikal" xəbər verir ki, hadisə noyabrın 15-də saat 02:00 radələrində Rumıniyanın Sulina limanı yaxınlığında qeydə alınıb.

Gəmidəki 14 heyət üzvündən 13-ü Azərbaycan, 1-i Türkiyə vətəndaşıdır. Ölən və xəsarət alan olmayıb. Heyət təxliyə olunmasını gözləyir.