Fransada “Sarı jiletlilər” hərəkatı noyabrın 21-də yeni etiraz aksiyası keçirməyə çağırıb. Hərəkatın nümayəndələri sosial və iqtisadi tələblərinin hələ də yerinə yetirilmədiyini bildirərək, küçə etirazlarını davam etdirmək niyyətindədirlər.

"Unikal" xəbər verir ki, “Sarı jiletlilər” koordinasiyasının üzvü Benjamin Ball noyabrın 14-də “Franceinfo” radiosuna açıqlamasında hərəkatın noyabrın 17-də həmkarlar ittifaqlarının təşkil etdiyi etirazlara qoşulacağını bildirib.

Benjamin Ball noyabrın 21-də keçiriləcək növbəti, VI mərhələ aksiyasına qədər ümumi səfərbərlik elan etdiklərini vurğulayıb.

“Biz növbəti şənbə günü VI mərhələ aksiyasına çağırırıq. Tələblərimiz yerinə yetirilməyib və yenidən küçələrə çıxmağımız tamamilə təbiidir”, – deyə o bildirib.