ABŞ Konqresinin Büdcə İdarəsinin (CBO) hesablamalarına görə, oktyabrın 16-na qədər İranla münaqişənin ABŞ-a ümumi maliyyə yükü 47,1 milyard dollar təşkil edib.
"Unikal" xəbər verir ki, bu barədə "The Hill" nəşri məlumat yayıb.
Mütəxəssislərin hesablamalarına görə, münaqişənin davam etməsi ABŞ-a ayda təxminən 2-3 milyard dollara başa gəlir.
ABŞ-ın İrana qarşı tətbiq etdiyi dəniz blokadasının Hörmüz boğazında 100 gündən çox davam etdiyi və bunun hərbi gəmilərin yanacaq, ərzaq və digər resurslar üzrə xərclərini artırdığı bildirilir.
ABŞ administrasiyasının İran müharibəsinin xərclərini və yeni silah, şəxsi heyət üçün ehtiyacları qarşılamaq məqsədilə 70 milyard dollara qədər fövqəladə hərbi maliyyə tələb etdiyi qeyd edilir.
























































