ABŞ-a məxsus bir ədəd MQ-1 tipli pilotsuz uçuş aparatı İranın cənubundakı Qeşm adası üzərində vurulub.

"Unikal" xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusun (SEPAH) məlumat yayıb.

Bildirilib ki, PUA SEPAH-ın Aerokosmik Qüvvələrinə məxsus təkmilləşdirilmiş hava hücumundan müdafiə sistemi vasitəsilə məhv edilib.