ABŞ-ın Luiziana ştatının Yeni Orlean şəhərində tanker çay kruiz gəmisi ilə toqquşub.

"Unikal" “BNO News”-a istinadən  xəbər verir ki,  hadisə Yeni Orlean limanı yaxınlığında baş verib.

“Fox News” telekanalının mənbəsinin bildirdiyinə görə isə, kruiz gəmisinin göyərtəsində təxminən 150 nəfər olub.

Hazırda hadisə yerində fövqəladə hallar xidmətləri qəza-xilasetmə işləri aparır.

Toqquşmanın səbəbləri və mümkün xəsarət alanlarla bağlı hələlik məlumat verilməyib.