Noyabrın 13-də saat 17:10 radələrində 2002-ci il təvəllüdlü şəxs (qadın) qarın boşluğunun kəsilmiş, deşilmiş yarası diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Unikal" xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

Bildirilib ki, vəziyyəti orta ağır qiymətləndirilən şəxs dərhal əməliyyata alınıb. Hazırda əməliyyat davam edir.

Qeyd edək ki, S. Məmmədliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən qardaşı Ə. Məmmədzadə saxlanılıb.

*** 17:25

Tovuzda hamiləni bıçaqlayan şəxs tutulub.

"Unikal" Apa-ya istinadən xəbər verir ki, polisin keçirdiyi tədbirlər nəticəsində S. Məmmədliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Ə. Məmmədzadə saxlanılıb.

Bıçaqlanma hadisəsi Tovuz "ASAN xidmət" Mərkəzinin qarşısında baş verib.