13 noyabr 2026-cı il tarixində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov tərəfindən vətəndaşların müraciətlərinə baxılması, onları narahat edən məsələlərin yerində öyrənilməsi və qaldırılan problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə rayonun Quzanlı qəsəbəsində səyyar qəbul-görüş keçirilib.
"Unikal" xəbər verir ki, çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Prezident cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirmişdir.
Qəbulda 320 nəfər iştirak etmiş, 13 nəfər vətəndaş tərəfindən 14 məsələ qaldırılmış, vətəndaşlar tərəfindən qaldırılan müxtəlif sahələri əhatə edən problemlər qeydə alınaraq həlli mümkün olan məsələlərin icrası təmin edilmiş, Rayon İcra Hakimiyyəti tərəfindən həlli mümkün olmayan məsələlər isə aidiyyatı üzrə dövlət qurumlarına yönləndirilmişdir. Qəbul edilən vətəndaşların qaldırdıqları məsələlər birdəfəlik maddi yardım edilməsi, məcburi köçkün kimi evlə təmin olunma, qəsəbə ərazisində batmış subartezian quyusunda yeni kanal qazılmasına köməklik göstərilməsi, qəsəbədaxili küçələrin işıqlandırılması, işğaldan azad edilmiş ərazilərə köçürülmə, əlilliyin bərpa edilməsi və s. olmuşdur.
Qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.







.jpeg)























.jpg)




.jpg)

