VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu zamanı Prezident İlham Əliyevin çıxışında mədəniyyətlərin inkişafı baxımından əsas əhəmiyyət milli mədəniyyətimizin qorunması ilə yanaşı, müxtəlif mədəniyyətlər arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsidir.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu komitənin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda bu gün keçirdiyi ictimai müzakirə zamanı deyib.

"Mədəniyyət xalqın keçmişini yaşadan, bu gününü zənginləşdirən və gələcəyinə istiqamət verən mənəvi sərvətdir. Bizim vəzifəmiz bu sərvəti qorumaq, dünyaya tanıtdırmaq və gələcək nəsillərə layiqincə ötürməkdir", - deyə o bildirib.

Anar Kəlbiyev