"Bu gün təhsil sahəsində belə bir həllini gözləyən məsələ var. Bəzi universitetlərdə müəllimlərin maaşı orta məktəb müəllimlərinin məvacibindən aşağıdır. Təbii ki, bunun bir sıra səbəbləri var. Bu məsələyə baxılmasına ehtiyac var. Maaş bəzi universitetlərdə çox yüksək, bəzilərində isə aşağıdır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib.
"Sertifikasiya ilə bağlı iki məqama toxunmaq istəyirəm. Sertifikasiyadan keçən müəllimlərin maaşları artırılır. Bu çox önəmli addımdır. Ancaq hesab edirəm 10 və 35 nisbətinə yenidən baxmalıyıq. Bu nisbətin ən azından 10, 25, 35 olmasını təklif edirəm. Digər məsələ sertifikasiyada keçən müəllimlərin maaşı artır. Sertifikasiya ümumilikdə uzun prosesdir və sertifikasiyadan keçməyən hələ xeyli müəllimlərimiz var. Onların maaşının az da olsa artırılması böyük dəstək olardı. Elm sahəsində, xüsusilə də Azərbaycan Milli Elmlər Akademiyasında çalışanların maaşlarının az da olsa artırılmasına ehtiyac var. Ən azından elmi dərəcələrə görə məbləğin artırılmasını təklif edirəm", - deyə deputat bildirib.
Anar Kəlbiyev






.jpg)



.jpg)























_1583402582.jpg)




.webp)






