ABŞ Senatının Bank Komitəsinin sədri Tim Skott, "Nvidia" şirkətinin keçmiş baş direktoru Jensen Huanga Çin kəşfiyyatına işləməkdə şübhəli bilinən bir çinli qadınla münasibətləri ilə bağlı mediada yayılan xəbərlərlə əlaqədar 3 dekabrda keçiriləcək ictimai dinləmədə iştirak etməsini xahiş edən rəsmi məktub göndərdiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, onun sözlərinə görə, Huang haqqında məlumatlar ABŞ-nin milli təhlükəsizliyi və həssas Amerika texnologiyalarının qorunması ilə bağlı ciddi narahatlıqlar doğurur.
"Mən Jensen Huang və Ticarət katibi Howard Lutnick-dən Senatın Bank Komitəsi qarşısında ifadə vermələrini xahiş edirəm", - Skott vurğulayıb.
Xatırladaq ki, noyabrın əvvəlində Amerikanın qrafik prosessor istehsalçısı Nvidia, Jensen Huangı hədəf alan Çin casusluq əməliyyatı ilə bağlı xəbərlərdən sonra müstəqil araşdırma başladıb.






_1583402582.jpg)




.webp)






.jpg)





















.jpg)




.jpg)

.jpg)





