Xəbər verdiyimiz kimi, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutuna icraçı direktor təyin olunub.

"Unikal" "Azərbaycan universitetləri" səhifəsinə istinadən Nigar Kərimovanın dosyesini təqdim edir: 

Nigar Kərimova 2015-ci ildə BDU biologiya üzrə bakalavr, 2015–2016-cı illərdə isə Birləşmiş Krallığın Aberdin Universitetində genetika üzrə magistr təhsili alıb.

2023-cü ildə “Azərbaycanda xroniki mieloid leykozlu xəstələrdə genetik variasiyaların molekulyar identifikasiyası” mövzusunda dissertasiya müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 8 il burada elmi fəaliyyətlə məşğul olub, həmçinin BDU-da pedaqoji fəaliyyət göstərib.

2019–2020-ci illərdə Türkiyənin Ege Universitetində elmi tədqiqatlarını davam etdirib,

2024–2025-ci illərdə isə İzmir Tınaztepe Universitetinin Özəl Galen Xəstəxanasında molekulyar bioloq kimi çalışıb.

15 məqalə və 3 konfrans tezisi daxil olmaqla 18 elmi əsərin müəllifi və həmmüəllifidir.