General mayor Natiq Əliyevin qızı Türkər Əliyeva hakim qarşısına çıxarılıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Vüsalə Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində qərar qəbul edilib.
Məhkəmənin yekun qərarı ilə Türkər Əliyeva ev dustaqlığına buraxıldı.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla) və 32.4,313 (vəzifə saxtakarlığına təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Türkər Əliyeva Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun, sonradan isə eyni nazirliyin Tibb xidmətinin rəisi işləmiş general-mayor Natiq Əliyevin qızıdır.
Türkər Əliyevadan şikayət edən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini general-mayor Ceyhun Rzayevdir.
Ceyhun Rzayevin şikayəti əsasında Türkər şübhəli şəxs qismində tutulub.
Ceyhun Rzayev isə uzun illər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində (MTN) işləyib.
*** 13:42
General mayor Natiq Əliyevin qızı Türkər Əliyeva artıq Sumqayıt şəhər Məhkəməsinə gətirilib.
"Unikal"ın əldə etdiyi məlumata görə, Türkər Əliyeva halı pisləşdiyindən təcili yardım çağırılıb.
Yaxın dəqiqələr də Türkər Əliyevanın hakim qarşısına çıxarılması gözlənilir.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
*** 12:37
Xəbər verdiyimiz kimi general-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva dələduzluqda şübhəli bilinərək saxlanılıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, general qızı təqsirləndirilən şəxs qismində cəlb olunub və Sumqayıt şəhər məhkəməsinə çıxarılır.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu
















































