İspaniyanın "Barselona" klubu müdafiə xəttini gücləndirməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, Kataloniya təmsilçisi "Mançester Siti"nin futbolçusu Rayan Ait-Nuri ilə maraqlanır.

25 yaşlı əlcəzairli müdafiəçi daha çox oyun vaxtı qazanmaq üçün klubunu dəyişmək niyyətindədir.

Daha əvvəl Ait-Nurinin xidmətində "Mançester Yunayted"in də maraqlı olduğu bildirilmişdi.

Ait-Nurinin "Mançester Siti" ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Onun "Barselona"ya mümkün keçidi Kataloniya klubunun müdafiəçisi Alexandro Baldenin gələcəyindən asılı ola bilər.