Hazırda əsas mövzu rəqabətqabiliyyətlilikdir və bu, innovasiyalar, qarşılıqlı əlaqələr vasitəsilə inkişaf edir. Əlaqələr həm təhlükəsizlik, həm də iqtisadi inkişaf üçün ən vacib elementdir.

"Unikal" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Bolqarıstanın Baş naziri Rumen Radev deyib.

Baş nazir Azərbaycanın Avropa enerji təhlükəsizliyindəki rolu barədə də danışaraq bildirib: “Biz əməkdaşlığımızı genişləndiririk. Azərbaycan-Bolqarıstan əlaqələrində yalnız qaz tədarükü deyil, eyni zamanda, Yaşıl Enerji Dəhlizindən də danışırıq. Azərbaycanın Bolqarıstanla yanaşı, Avropanın digər ölkələrinə də qaz tədarük etməsi isə təqdirəlayiqdir”.

Rumen Radev Azərbaycanla əlaqələrin inkişaf etdiyini və bu dostluqdan, əməkdaşlıqdan məmnun olduğunu bildirib.