"Bizim mətbu orqanlarına minnətdaram. Onlar Azərbaycan pavilyonunun fəaliyyətini çox aktiv şəkildə işıqlandırırlar". 

Bunu "Unikal"a açıqlamasında Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev deyib.

Onun sözlərinə görə, COP29 komandasının COP31-də gördüyü işlər barədə çox danışmaq olar: "Həm bizim xarici işlər nazirliyinin əməkdaşları, həm də digər qurum və təşkilatların COP31-in hazırlanmasında böyük rolu olub. Bu gün COP31 çox maraqlı keçir. Ölkə rəhbərinin - Azərbaycan Prezidenti cənab İlham Əliyevin də səfəri oldu və O, Liderlər Sammitində iştirak etdi. Və o kürsüdən Türkiyə Prezidenti COP31-in hazırlanmasında COP29-a və Azərbaycana xüsusi minnətdarlıq bildirdi. Ona görə də iş davam edir və biz bütün tədbirlərdə çox aktiv iştirak edirik".

Prezidentin nümayəndəsi həmçinin qeyd edib ki, COP29-də qəbul edilən qərarlar və təşəbbüslər çox aktiv formada həm müzakirə olunur, həm də ölkələr buna qoşulur. Bir neçəsinin isə artıq davamı var. COP31 komandası onların davamını təşkil edib və öz təşəbbüslərini də buna əlavə ediblər. Çox maraqlı işlər gedir".

Ağarza Elçinoğlu