BƏƏ polisi Həbib Nurməhəmmədovun qardaşı, MMA döyüşçüsü Usman Nurməhəmmədovu həbs edib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Usman Nurməhəmmədov dostlarının köməyi ilə gürcü idmançı, keçmiş UFC çempionu Merab Dvalişvilini vəhşicəsinə döyüb. Keçmiş UFC çempionu qanlı üzünün videosunu paylaşaraq rusiyalı döyüşçünü hücumda günahlandırıb.

Sözügedən dava noyabrın 11-də Əbu-Dabi hotelinin foyesində baş verib. Dvalişvili gələn həftəsonu keçirilməsi planlaşdırılan Əsl Amerika Sərbəst Güləş Şousunda (RAF) iştirak etmək üçün BƏƏ-yə gedib. Lakin gürcü idmançının yarışda iştirakı hazırda ciddi şübhə altındadır.

Gülayə Mecid