Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) 2026-cı ilin oktyabr ayı ərzində həyata keçirilən sərnişindaşıma xidmətləri və reyslər üzrə statistik göstəricilər açıqlanıb. Hesabat dövründə BBAK-dan ölkənin müxtəlif istiqamətlərinə ümumilikdə 6,453 reys həyata keçirilib və 150,563 sərnişin yola salınıb.
"Unikal" xəbər verir ki, sərnişinlərə göstərilən xidmətlər çərçivəsində biletim.az portalı üzərindən satılan biletlərin sayında artım müşahidə olunub. Belə ki, oktyabr ayında 53,996 sərnişin, yəni ümumi sərnişin sayının 35,9 faizi gediş biletlərini onlayn qaydada əldə edib.
Ay ərzində sərnişin axınının ən yüksək olduğu istiqamət ənənəvi olaraq Bakı–Gəncə marşrutu olub. Oktyabr ayı üzrə sərnişin sayına və reyslərin intensivliyinə görə ən çox tələbat olan ilk 10 istiqaməti təqdim edirik:
Bakı – Gəncə – 692 reys, 24,016 sərnişin
Bakı – Qazax Sınıq Körpü – 472 reys, 17,698 sərnişin
Bakı – Xudat – 344 reys, 11,727 sərnişin
Bakı – Quba – 383 reys, 10,008 sərnişin
Bakı – Qusar – 357 reys, 9,076 sərnişin
Bakı – Mingəçevir – 302 reys, 8,084 sərnişin
Bakı – Zaqatala – 233 reys, 6,806 sərnişin
Bakı – Şəki – 268 reys, 6,224 sərnişin
Bakı – Siyəzən – 361 reys, 5,242 sərnişin
Bakı – Tərtər – 155 reys, 5,147 sərnişin
Bakı Beynəlxalq Avtovağzal Kompleksi sərnişinlərin rahat, təhlükəsiz və operativ daşınması istiqamətində xidmət keyfiyyətinin artırılması tədbirlərini davam etdirir.
Əlavə məlumat və müraciətlər üçün BBAK-ın 1414 qaynar xətti fəaliyyət göstərir.





.jpg)




























.jpg)






.jpeg)






