Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutuna icraçı direktor təyin olunub.
"Unikal" xəbər verir ki, digər əmrlə ona institutun baş direktoru vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra etmək həvalə olunub.
Noyabrın 11-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Nigar Kərimovanı İnstitutun kollektivinə təqdim edib.
Görüş çərçivəsində institutun elmi fəaliyyətinin təkmilləşdirilməsi, elmi tədqiqatların səmərəliliyinin artırılması, beynəlxalq əlaqələrin inkişafı və əldə olunan elmi nəticələrin praktik tətbiqi məsələlərinə toxunulub. İnstitutun gələcək fəaliyyət istiqamətləri və qarşıda duran əsas vəzifələr diqqətə çatdırılıb.




















.jpg)






.jpeg)


















.jpg)


