Rusiya Kiyevin təklifini rədd etdiyi üçün hələlik atəşkəs olmayacaq.

"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, Ukrayna enerji infrastrukturuna hücumlara son qoymağı və dənizdə atəşkəs barədə danışıqlar aparmağı təklif edib. Rusiya nümayəndələri bu cür qərarlar qəbul etmək səlahiyyətindən imtina ediblər.

Stiv Uitkoff və Cared Kuşnerin Kremldə keçiriləcək görüşdə bu məsələləri birbaşa Vladimir Putinlə müzakirə etmələri planlaşdırılır.