"Türkiyə NATO və Türk Dövlətləri Təşkilatı sammitlərinin ardınca, COP31 sammiti ilə həm dünyaya, həm də öz regionuna diplomatiyanın mərkəzində dayandığını nümayiş etdirdi".
"Unikal"ın Antalyaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran deyib.
Onun sözlərinə görə, iqlim ədaləti və icra məsələləri ön plana çıxır: "Birinci məsələ iqlim ədalətidir. Bildiyiniz kimi, inkişaf etmiş ölkələr öz sənayeləşmə prosesi dövründə dünyaya ekoloji ziyan vurublar. Bu baxımdan, məsuliyyət daha çox onların üzərinə düşür. Buna görə də, həmin yükü inkişaf etməkdə olan ölkələrin üzərinə qoymaq əvəzinə, ətraf mühiti qorumaq və iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün xüsusilə maliyyə və texnologiya sahəsində resursların bölüşdürülməsi həyata keçirilməlidir".
Ağarza Elçinoğlu
Türkiye Cumhuriyeti Cumhurbaşkanlığı İletişim Başkanı Prof. Dr. Burhanettin Duran basın açıklaması @burhanduran @iletisim #COP31 #cop31türkiye #iletişimbaşkanı #burhanettinduran https://t.co/fx2fZvNp1M
— Unikal.az (@UnikalOrgPortal) November 11, 2026














.jpg)































.png)





