PSJ Dortmund “Borussiya”sının və İsveçrə millisinin qapıçısı Qreqor Kobeli transfer etməyi hədəfləyir.
"Unikal" xəbər verir ki, “Bild” nəşrinin məlumatına görə, Almaniya klubu isə futbolçu ilə müqaviləni uzatmağı planlaşdırır.
Bildirilir ki, Dortmund təmsilçisi yaxın həftələrdə 28 yaşlı qapıçı ilə yeni müqavilə danışıqlarına başlamağı nəzərdə tutur. Razılaşmanın 2028-ci ildən sonrakı dövrü əhatə etməsi planlaşdırılır.
Qeyd edək ki, ötən yay “Nyukasl” Kobelə “Borussiya”da qazandığından 3 milyon avro artıq olmaqla, illik 13 milyon avro maaş təklif edib. Lakin qapıçı bu təklifi qəbul etməyib.











.jpg)






























.png)








