İspaniyada son 14 ildə ilk dəfə ən böyük tətil keçirilib.
"Unikal" xəbər verir ki, keçirilən ümumi tətildə təxminən 4 milyon insan küçələrə çıxıb.
Əvvəlki ən böyük tətil İspaniyada 2012-ci ilin noyabr ayında baş tutub. Təxminən 150 həmkarlar ittifaqı və ictimai təşkilatın nümayəndələri sərt qənaət tədbirlərinə və yüksək işsizliyə etiraz olaraq aksiyalarda iştirak ediblər.
Hazırda həmkarlar ittifaqları mənzilə çıxış və daha yüksək əmək haqqı tələb edirlər. Tətil iştirakçıları həmçinin İspaniyanın bir neçə şəhərlərində mütəşəkkil yürüşlər keçirməyi planlaşdırırlar.














.jpg)































.png)





