Astaranın Deqadi kəndində idarəetməni itirən marşrut mikroavtobusu aşıb.
"Unikal" xəbər verir ki, qəza nəticəsində 16 nəfər xəsarət alıb. Yaralılardan 12 nəfər Astara, 4 nəfər isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara zəruri ilkin tibbi xidmətlər göstərilib. Astarada xəstəxanaya yerləşdirilən yaralılar ambulator müalicə üçün evə buraxılıblar.
Qeyd edək ki, mikroavtobusda 20 sərnişin olub. Hadisənin başvermə səbəbi araşdırılır.
*** 12:56
Astarada idarəetməni itirən mikroavtobus aşıb.
TƏBİB-dən "Unikal"a bildirilib ki, Astara rayonu Deqədi kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 4 nəfər (3 kişi,1 qadın) 11 noyabr tarixində saat 10:20 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin travmaları və sınıqları diaqnozları təyin olunub. 2 nəfərin müalicəsi Cərrahiyyə şöbəsində, 2 nəfərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.




.jpg)






























.png)













