Bu gün paytaxtın Nizami rayonu ərazisində - Babək prospekti üzərindəki körpüdə “BMW” markalı avtomobilin aşmasının görüntüləri yayılıb.

"Unikal" xəbər verir ki, idarəetmədən çıxaraq körpünün kənarındakı məhəccərə çırpılan nəqliyyat vasitəsi hündürlükdən köməkçi yola aşıb. Avtomobil yarasız hala düşüb.

Hadisə yerinə polis əməkdaşları və FHN-in xilasediciləri cəlb edilib.