2026-cı ilin ilk doqquz ayında Venesuela təbii sərvət ixracından əldə edilən 12,26 milyard dollar ABŞ hökumətinin nəzarətində olan hesaba yatırılıb.
"Unikal" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti yazıb.
Qeyd olunur ki, bu vəsaitlərin əksəriyyəti hesaba yatırıldıqdan qısa müddət sonra ölkəyə qaytarılıb.
"Məxfi hesabata görə, ABŞ hökuməti bu ilin ilk doqquz ayında Venesuelanın təbii sərvət ixracından 12 milyard dollardan çox gəlir əldə edib".
Qeyd olunur ki, Venesuelanın milli valyutası olan bolivarı dəstəkləmək üçün 11,7 milyard dollar ayrılıb. Daha təxminən 130 milyon dollar ölkə hökumətinin xarici öhdəliklərinin ödənilməsinə xərclənib. Sentyabrın 30-na qədər hesabda təxminən 170 milyon dollar qalıb.
Gəlirin əsas hissəsi neft satışından əldə edilib. Ən böyük vəsait mənbələri Trafigura və Vitol əmtəə şirkətləri olub. Sentyabr ayının sonuna qədər hesaba daxil olan bütün vəsaitlərin 61%-ni onlar təşkil edib. Trafigura həmçinin Venesuela qızılının alınması üçün təxminən 100 milyon dollar ianə edib.











.webp)




.jpeg)


















.jpg)










