"COP31 çərçivəsində Azərbaycanla beynəlxalq əməkdaşlıq iqlim gündəliyinin daha da irəli aparılması üçün yeni imkanlar yaradır".

"Unikal"ın Antalyaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Səlim bin Məhəmməd əl-Malik deyib.

"Biz əminik ki, həmişə olduğu kimi, Azərbaycanla birgə iştirakımız bu dəfə də çox uğurlu olacaq", – deyə o qeyd edib.

O, iqlimlə bağlı vədlərdən praktiki tədbirlərə keçidin zəruriliyini vurğulayıb: "Düşünürəm ki, ətraf mühitdə və iqlimdə baş verən dəyişikliklərə uyğun olaraq müəyyən qədər yenilənsə də, bütün COP konfranslarının əsas mesajı, ümumilikdə, eyni olaraq qalır. Ümid edirəm ki, bu konfransın bütün iştirakçıları iqlim dialoqunu konkret addımlara çevirə biləcəklər. Həmçinin bütün ölkələrin və təşkilatların vədlərdən əməli addımlara keçmək öhdəliyini üzərlərinə götürəcəklərinə ümid edirəm".

Ağarza Elçinoğlu