"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev deyib.
O bildirib ki, layihə müəyyən fəaliyyət sahələrində bir aydan az müddətə bağlanan əmək müqavilələri, habelə həftəlik iş vaxtı 20 saat və ya daha az olan işlər üçün saatlıq əməkhaqqı tətbiqini nəzərdə tutur:
"Minimum saatlıq əməkhaqqının minimum aylıq əməkhaqqından hesablanan saatlıq tarif maaşından yüksək müəyyən edilməsi təklif olunur. Bu sistemin tətbiq olunacağı fəaliyyət sahələri Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəkdir. İlkin mərhələdə kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələrinin əhatə olunması nəzərdə tutulur. Təklif olunan dəyişiklik minimum əməkhaqqı institutunun daha çevik tətbiqinə, əməkhaqqı hesablamalarında şəffaflığın artırılmasına və beynəlxalq təcrübədə istifadə olunan yanaşmaların ölkəmizdə tətbiqinə imkan yaradacaq".
Anar Kəlbiyev






.jpeg)


















.jpg)




















