Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Yaşıl Marafon” kütləvi ağacəkmə kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası təşkil edilib.
"Unikal" xəbər verir ki, Qobustan rayonunun Təklə kəndi ərazisində keçirilən aksiyada IDEA könüllülərinin iştirakı ilə 1000-dən çox şam ağacı əkilib.
Kampaniya çərçivəsində təşkil olunan ağacəkmə aksiyalarında hər bir regionun torpaq-iqlim şəraitinə uyğun olaraq ərik, iydə, şam, fıstıq, sərv, akasiya, ağcaqayın, göyrüş, qoz, palıd və şabalıd cinsindən olan ağaclar əkilir.
Qeyd edək ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma marafonu”nun (“Yaşıl Marafon”) əsas məqsədi yaşıllıq sahələrinin artırılması, ağacəkmə ənənəsinin təşviqi, ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin zənginləşdirilməsinə, eləcə də yaşıllıqların qorunması ilə bağlı maarifləndirmə işlərinə töhfə verməkdir.
“Yaşıl Marafon” çərçivəsində 2026-cı ilin payız və 2027-ci ilin yaz əkin mövsümləri ərzində ölkə üzrə 2 milyondan çox ağacın əkilməsi nəzərdə tutulur.

























.jpg)








.png)














