Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonu, Xudat şəhərində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən "Unikal"a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində vətəndaşa məxsus “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

*** 21:24

Noyabrın 11-də axşam saatlarında Xaçmaz rayonunun Xudat şəhərində avtomobildə yanğın hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, “Hyundai Accent” markalı avtomobildə qəfil başlayan yanğın qısa müddətdə nəqliyyat vasitəsinin bütün hissələrini əhatə edib.

Ətrafdakı sürücülər yanğınsöndürən balonlarla alovu söndürməyə çalışsalar da, buna nail ola bilməyiblər. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub. Yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın söndürülüb.

Hadisə zamanı avtomobilin sürücüsü xəsarət almayıb. Lakin nəqliyyat vasitəsi tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.