Amerikalı aktyor və komediya ustası Entoni Klark vəfat edib.

"Unikal" xəbər verir ki, aktyor 62 yaşında  pnevmoniyanın yaratdığı ağırlaşmalar səbəbindən vəfat etdiyi bildirilib.

Qeyd edək ki, aktyor daha çox 2000-2006-cı illərdə yayımlanan “Yes, Dear” komediya serialında canlandırdığı Qreq Uorner obrazı ilə tanınıb. O, ekran işinin altı mövsümündə rol alıb. Klark həmçinin “Boston Common” və “Soul Man” seriallarında da çəkilib.