ABŞ-nin paytaxtı Vaşinqtonda baş verən silahlı insident nəticəsində 5 nəfər güllələnib.
"Unikal" xəbər verir ki, Vaşinqtonun Metropolitan Polis Departamenti şəhərin şimal-qərbində, 15-ci küçə ilə P küçəsinin kəsişməsində aktiv atışma ilə bağlı əməliyyat aparıldığını açıqlayıb.
Hadisə yerinə polisin xüsusi təcili müdaxilə qrupu cəlb edilib. ABŞ-nin Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcı Maddələr Bürosunun (ATF) əməkdaşları hadisə yerində işləyir.
Silahlı insidentin səbəbləri və yaralıların vəziyyəti barədə hələlik əlavə məlumat verilməyib.
















































