Rusiya Konstantinovka şəhərində humanitar missiyanın həyata keçirilməsi məqsədilə ərazilərin minalardan təmizlənməsi işlərinə dərhal başlamağa hazırdır.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib.

Uşakovun sözlərinə görə, yeni humanitar aksiya ilə bağlı ABŞ nümayəndələri ilə konkret təmaslara başlanılması barədə razılıq əldə olunub.

“Bu humanitar aksiya ilə bağlı konkret addımların müzakirəsi üçün ABŞ nümayəndələri ilə əlaqələrə başlamaq barədə razılığa gəlinib. Biz minalardan təmizləmə işlərinə dərhal başlamağa hazırıq”, – deyə Uşakov qeyd edib.