Rusiyanın “Moya Planeta” telekanalı “Mənim Planetim. Təbiət. İnsanlar. Səyahətlər” adlı foto müsabiqəsinə start verib.

"Unikal" xəbər verir ki, müsabiqə çərçivəsində həvəskar və peşəkar fotoqraflara dünyanın müxtəlif ölkələrinə səyahətləri zamanı çəkdikləri ən maraqlı və yaddaqalan fotoları təqdim etmək təklif olunub.

Fotoların qəbulu oktyabrın əvvəlində başa çatıb. Noyabrın 12-də isə müsabiqənin qalibləri elan edilib.

“Təbiət” nominasiyası üzrə Oleq Rakovun “Kim var orada?” adlı fotosu qalib seçilib.

“İnsanlar” nominasiyasında Nadejda Nikolayevanın Vyetnamda balıq torlarının tikilməsi və təmiri prosesini əks etdirən “Balıq torlarının tikilməsi və təmiri, Vyetnam” adlı fotosu birinci olub.

“Səyahətlər” nominasiyasında Anna Tereşenkovanın “Pokot qəbiləsinin sakinləri” adlı fotosu qalib gəlib.

“Redaksiyanın seçimi” xüsusi nominasiyasında isə Yelena Kuznetsovanın “İtli oğlan” adlı fotosu fərqləndirilib.

Gülayə Mecid