İtaliya milli futbol komandası UEFA Millətlər Liqasının beşinci turunda Fransa yığmasını 3:1 hesabı ilə məğlub edib.
"Unikal" xəbər verir ki, Milanda keçirilən qarşılaşmada hesabı 10-cu dəqiqədə Fransa millisinin futbolçusu Maykl Olise açıb. 26-cı dəqiqədə Françesko Espozito fərqlənərək hesabı bərabərləşdirib.
Matçın 60-cı dəqiqəsində İtaliya komandasının penalti zərbəsini Sebastiano Esposito dəqiq yerinə yetirə bilməyib. Lakin üç dəqiqə sonra Davide Frattesi ev sahiblərini hesabda önə keçirib.
75-ci dəqiqədə Françesko Espozito penaltidən dəqiq zərbə vuraraq oyunda son nöqtəni qoyub – 3:1.
Bu qələbədən sonra İtaliya yığması 10 xalla A Liqasının 1-ci qrupunda liderliyə yüksəlib. Eyni xala malik Fransa ikinci pillədə qərarlaşıb. Belçika 9 xalla üçüncü, Türkiyə isə xalsız sonuncu yerdədir.

















_1583402582.jpg)



.webp)







.jpg)





















.jpg)

