"Ali təhsil üzrə dövlət sifarişi insan kapitalına büdcə investisiyasının əsas alətlərindən biridir. İqtisadiyyat Nazirliyi aidiyyəti dövlət qurumlarının təkliflərini ümumiləşdirərək dövlət sifarişinə dair təklifləri Nazirlər Kabinetinə təqdim edir. Bu təkliflər nəzərə alınmaqla 2026/2027-ci tədris ili üçün bakalavriat, magistratura, tibb təhsili və rezidentura üzrə ümumilikdə 38 mindən çox dövlət sifarişli yer müəyyən edilib. Son 5 ildə ümumi qəbul planında dövlət sifarişli yerlərin xüsusi çəkisi təxminən 50 faizə yaxınlaşıb ki, bu də ölkə vətəndaşlarının pulsuz təhsil əlçatanlığının artırılmasına xidmət edir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin 3 komitəsinin bu gün keçirilən birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Azər Bayramov deyib.
Nazir müavini bildirib ki, elmi nəticələrin iqtisadiyyata tətbiqi üçün də stimullar genişləndirilir: "2027-ci ildən texnologiya parklarının rezidentləri üçün tətbiq olunacaq 20 illik vergi güzəştləri paketi elmi işləmələrin istehsala çevrilməsinə əlavə stimul verəcək. Vençur fondları və kraudfandinq üçün yaradılmış hüquqi çərçivə isə innovativ layihələrin investor kapitalı ilə maliyyələşdirilməsinə imkan verir".
Anar Kəlbiyev



.jpg)






















_1583402582.jpg)




.webp)







.jpg)












