"2027-ci ildə ən vacib islahat istiqamətlərindən biri ümumi təhsildə pilot səviyyədə adambaşına maliyyələşmənin tətbiqidir. Ölkədə bir şagirdə düşən xərc orta hesabla 1700 manatdır. Bu gün bizim şagirdlərin 60 faizi 833 məktəbdə, yəni, məktəbimizin 21%-də təhsil alır və burda bizim narahat edən məsələ həmişə bu xərcin necə saxlanılmasıdır. Xərcin şagirdə bağlı olaraq deyil, daha çox müəssisənin saxlanılmasına yönləndirilməsidir. Bu mənada 2027-30 strategiyasının layihəsində iki geniş islahat paketi təqdim olunub".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.
"İslahatın birinci hissəsi adambaşı maliyyələşmənin mərhələlərlə tətbiq ediləcəyi məktəblərdir. Burada uşaqların 50%-i oxuyur, amma cəmi 15%-i məktəbdən söhbət gedir. Yəni, bizim 500 məktəbimizdə bütün uşaqların 50%-i oxuyur, 500 məktəbdə biz adambaşı maliyyələşmə keçid islahatını təqdim edirik. 2027-ci ildə 100 müəssiənin keçidi üçün dövlət büdcəsində 223.8 milyon manat vəsait nəzərdə tutulub", - deyə nazir müavini bildirib.
Anar Kəlbiyev





.jpg)




.jpg)






















_1583402582.jpg)




.webp)







.jpg)



