12 noyabr 2026-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev Ümid qəsəbəsində sakinlərlə görüşüb və vətəndaşların səyyar qəbulunu keçirib.
"Unikal" xəbər verir ki, 120-dən çox sakinin iştirak etdiyi səyyar qəbulda çıxış edən RİH başçısı Natiq Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətindən danışıb. Vətəndaşların müraciətlərinin dinlənilməsinin, yaşayış məntəqələrində mövcud problemlərin öyrənilməsinin və həlli istiqamətində iş aparılmasının əhəmiyyətini vurğulayıb.
Görüş zamanı dövlət xidmətlərinin əlçatanlığının artırılması və müraciət imkanlarının asanlaşdırılması məqsədilə vətəndaşlara QR kodlar təqdim olunub. Sakinlərə QR kodları mobil telefon vasitəsilə skan etməklə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının RİH-də və eyni zamanda qəsəbələrdə keçirilən səyyar vətəndaş qəbullarına elektron qaydada yazılmaq, müraciət imkanlarından daha rahat istifadə və müvafiq məlumatları əldə etmək imkanları izah edilib.
Qeyd olunub ki, rəqəmsal həllərin tətbiqi vətəndaşların dövlət qurumları ilə əlaqələrinin daha çevik, şəffaf və əlçatan şəkildə qurulmasına, vaxt itkisinin azaldılmasına və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Səyyar qəbuldan sonra Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev Ümid qəsəbəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yeni salınmış asfalt örtüyünə baxış keçirmiş və sakinlərlə söhbət etmişdir.




.jpg)




.jpg)























_1583402582.jpg)




.webp)







.jpg)




