İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

"Unikal" xəbər verir ki, bu ada “Aston Villa”nın hücumçusu Nikolas Cekson layiq görülüb. O, 8 namizəd arasından azarkeşlərin səsverməsi nəticəsində qalib olub.

25 yaşlı hücumçu oktyabr ayında Premyer Liqada keçirdiyi 4 oyunda 4 qol vurub. Onun ən yaddaqalan çıxışı “Mançester Siti” ilə matça təsadüf edib. Cekson həmin görüşdə dubl edərək komandasının 2:1 hesablı qələbəsində mühüm rol oynayıb.

Cekson“Brentford” və “Fulhem”lə qarşılaşmalarda da fərqlənib.

Qeyd edək ki, bu, Ceksonun Premyer Liqada karyerası ərzində qazandığı ilk fərdi mükafatdır.