Sankt-Peterburqda keçmiş azərbaycanlı əri Yaqub Süleymanov tərəfindən bıçaqlanaraq öldürülən qadın onu valideynlik hüququndan məhrum etmək niyyətində olub.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Mərhuma kömək edən bir qadın, kişinin onu uşağının gözü qarşısında döydüyünü və işdən gətirdiyi silahla hədələdiyini bildirib. Bundan əlavə, Yaqub ona evdən çıxmağı qadağan edib və yalnız ev işləri ilə məşğul olmağı tələb edib.

Qadın yaxşı təhsil almış və karyera qurmaq arzusu var imiş. O, əvvəllər uşaq bağçasında işləyirmiş. Keçmiş əri qadını kredit götürməyə belə məcbur edirmiş. 

Bir vaxtlar qadın qaçmağı bacarsa da, əri onu tapıb oğlunu apararaq geri qayıtmağa məcbur edib. O bu yaxınlarda isə sığınacağa üz tutub və Yaqubu valideynlik hüququndan məhrum etmək üçün məhkəməyə müraciət edib.

Qadının qatili əvvəllər oğullarının Sankt-Peterburqda başqa qohumları olmadığı üçün anası ilə qalmasını istəyibmiş. Lakin məhkəmə oğlanın uşaqların müdafiəsi orqanlarına təhvil verilməsinə qərar verib.

Y.Süleymanov Sankt-Peterburqdakı sığınacağa gələrək keçmiş sevgilisinin başını kəsərək onu qətlə yetirib. Yaqub əvvəlcə, hadisə yerindən qaçsa da, daha sonra polisə təslim olub. Məlum olub ki, o, əvvəllər terrorizmlə əlaqəli cinayətlərə görə məhkumluq həyatı yaşayıb. Onların beş yaşlı oğlu qalıb və Yaqub daha üç uşaq atasıdır. Onun barəsində həbs qətimkan tədbiri seçilib.