Almaniyanın BMW avtomobil konserni yanğın riski səbəbindən ABŞ-da 720 796 avtomobili geri çağırır.

“Unikal" ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyasına (NHTSA) istinadən xəbər verir ki, avtomobillərdə yanğın təhlükəsi yarada biləcək texniki nasazlıq müəyyən edilib.

Qurum avtomobil sahiblərinə nasazlıq aradan qaldırılana qədər nəqliyyat vasitələrini açıq havada, binalardan və digər avtomobillərdən uzaqda saxlamağı tövsiyə edib.

BMW problemin aradan qaldırılması istiqamətində iş aparır. Şirkətin məlumatına görə, 2024-cü ildə su nasosu ilə bağlı nasazlıq səbəbindən geri çağırılaraq təmir edilmiş avtomobillərdə sonradan 10 yanğın hadisəsi qeydə alınıb.

NHTSA bildirib ki, geri çağırılma 2012–2018-ci illərdə istehsal olunmuş BMW 3 və 5 seriyalı avtomobillərə, X1, X3, X4, Z4 və bəzi digər modellərə şamil ediləcək.